İsrail ordusu jurnalistləri öldürür

26.12.2024

Icma.az, Reyting.az saytına istinadən bildirir.


İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağındakı Əl-Avda xəstəxanasına endirdiyi raket zərbəsi nəticəsində Fələstinin “Qüds” nəşrinin 5 jurnalisti həlak olub.
Reyting.az
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Jurnalistlərin xəstəxananın yaxınlığındakı Nuseyrat qaçqın düşərgəsindən reportaj hazırladıqları qeyd edilir. Bu zaman onların mikroavtobusu vurulub.
Onu da qeyd edək ki, Roma Papası Fransisk özünün Angelus duasında müharibə edən tərəfləri Milad bayramı ilə bağlı atəşkəsə çağırmışdı.

E. KAMAL

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью