İsrail ordusu Livanda “Hizbullah”ın daha bir qərargahını MƏHV ETDİ VİDEO

19.12.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail ordusu Livanın cənubunda Hizbullah qərargahına aparan on metr uzunluğunda yeraltı tunel aşkarlayıb.
Bizim.Media xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, bu qərargah təşkilatın yaraqlıları tərəfindən il boyu ölkənin şimal yaşayış məntəqələrində hücumlar üçün istifadə edilib. 
Bundan əlavə, tunelin yaxınlığında yüzlərlə partlayıcı qurğu, tüfəng, qumbara və digər silahların olduğu silah anbarları aşkar edilib.
Ərazidə kəşfiyyat aparıldıqdan sonra yuxarıda adı çəkilən qərargah və tunel dağıdılıb, tapılan silahlar müsadirə edilib.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью