Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin Tir şəhərinə hücumu nəticəsində ölən və yaralananlar var
Redaktor.az xəbər verir ki, bu barədə NNA xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrailin Livanın cənubunda yerləşən Tir şəhərinə endirdiyi zərbə nəticəsində iki nəfər həlak olub.
Məlumata görə, hücum zamanı bir nəqliyyat vasitəsi hədəfə alınıb.
“Əl-Mayadeen” telekanalının yaydığı xəbərə əsasən, İsrail təyyarələri şəhərə ikinci zərbə də endirib və nəticədə jurnalistlər də daxil olmaqla bir neçə nəfər yaralanıb.
Aminə ŞAHSUVARQIZI