İsrail ordusu Livanı yenidən bombalayır

19.11.2025

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Atəşkəs razılaşmasına baxmayaraq, İsrail Livana qarşı hücumlarını gücləndirir. İsrail ordusu Livanın cənubundakı iki şəhərə zərbələr endirməyə başlayıb.
Reyting.az
xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee Livanın cənubunda, Tir şəhəri yaxınlığındakı Deyr Qanun əl-Nehr və Şuhur bölgələrində bir neçə hədəfə hücumlar təşkil ediləcəyini açıqlayıb.
Hədəf seçilən ərazilərin xəritəsini paylaşan Adraee bildirib ki, həmin ərazilərdə yaşayan Livan sakinləri təhlükəsizlik məqsədilə bölgəni tərk etməlidirlər.
İsrail ordusu dünən Livanın cənubundakı Səidə şəhərində yerləşən Ayn əl-Hilva Fələstin qaçqın düşərgəsini də bombalayıb. Nəticədə ən azı 13 nəfər həlak olub, yaralananlar var.

ELÇİN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью