İsrail ordusu Livanın cənubunda Hizbullaha məxsus silah anbarı aşkarladığını bildirib

19.11.2024

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İsrail Müdafiə Qüvvələri (İDF) Livanın cənubundakı kəndlərdən birində məktəb həyətində "Hizbullah" hərəkatına aid silah və partlayıcı anbar aşkar etdiyini bildirib.
Missiya.Az
xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda deyilir: “Livanın cənubundakı əməliyyatlar zamanı İDF əsgərləri Livanın cənubundakı kəndlərdən birində məktəbin həyətində silah anbarı, döyüş sursatı, odlu silah və partlayıcı maddələr tapıblar".

Həmçinin bildirilir ki, ərazidə İsrail hərbçiləri hərəkatın “Hizbullah” döyüşçülərinin yüzlərlə silah-sursat saxladığı böyük yeraltı kompleksini məhv edib.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью