İsrail ordusu Livanın cənubunda maşınları vurdu: ölənlər...

17.02.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail ordusunun Livana hücumları davam edir.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin cənubundakı Səidə şəhərində bir avtomobili hədəf alan hücumu nəticəsində bir Həmas üzvü öldürülüb.

Bildirilib ki, Səidə Bələdiyyə Stadionu yaxınlığında baş verən hücumdan sonra hadisə yerinə təcili yardım və yanğınsöndürənlər göndərilib.

Sosial mediada əks olunan görüntülərdə hədəf alınan avtomobilin tamamilə yandığı bəlli olub.

Livan Səhiyyə Nazirliyi verdiyi açıqlamada hücumda bir nəfərin öldüyünü təsdiqləyib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью