İsrail ordusu məktəbə hücum edib

16.12.2024

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Beynəlxalq ictimaiyyətin reaksiyasına baxmayaraq Fələstində qətliamlarını davam etdirən İsrail Qəzza zolağında məcburi köçkün olan dinc sakinləri növbəti dəfə hədəfə alıb.

Xalqcəbhəsi.az-ın Türkiyənin “sabah.com.tr” istinadən xəbərinə görə, İsrail ordusu Xan Yunus şəhərində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatına (UNRWA) aid məktəbə hücum edib.

Hücum nəticəsində aralarında uşaqların da olduğu azı 20 nəfər həyatını itirib, 35 nəfər yaralanıb. Yaralıların Qəzza zolağındakı xəstəxanalara aparıldığı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью