İsrail ordusu Qəzza sakinlərinin şimal hissəyə qayıtmasına icazə verib

10.10.2025

525.az saytına istinadən Icma.az xəbər verir.

İsrail Müdafiə Qüvvələri  Qəzza sakinlərinin təsdiqlənmiş marşrutlar vasitəsilə şimala qayıda biləcəyini açıqlayıb.

525.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb

Müdafiə Qüvvələri bəyan edib ki, Qəzzanın cənubundan şimalına və əksinə hərəkətə Rəşid sahil yolu və Salah əd-Din şossesi ilə icazə verilir. Artıq yüzlərlə insan bu marşrutla öz evlərinə qayıtmağa başlayıb.

Ordu fələstinlilərə razılaşmaya əsasən İsrail qüvvələrinin yerləşdiyi ərazilərə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

Qismən geri çəkildikdən sonra İsrail Müdafiə Qüvvələri hazırda əksəriyyəti şəhər ərazilərindən kənarda yerləşən Qəzza zolağının yarısından bir qədər çoxuna nəzarət edir. Buraya bütün Qəzza sərhədi boyunca bufer zonası, o cümlədən Filadelfi dəhlizi – Misir və Qəzza arasındakı sərhəd zonası, Qəzzanın cənubundakı Rəfah və Xan Yunisin böyük hissələri və bir sıra digər ərazilər daxildir.

Anklavda atəşkəs razılaşması Bakı vaxtı ilə saat 13:00-da qüvvəyə minib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью