İsrail ordusu Qəzza sərhədində qoşunların döyüş hazırlığını artırıb

24.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

İsrail ordusu Qəzza zolağı ilə sərhəd yaxınlığında yerləşdirilən qoşunların döyüş hazırlığı səviyyəsini artırıb.

APA xəbər verir ki, bu haqda ordunun mətbuat xidməti məlumat verib.

"Vəziyyəti qiymətləndirdikdən sonra Qəzza zolağının ətrafındakı ərazidə əməliyyat hazırlığının artırılması barədə qərar qəbul edilib", - ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

Bu addımın hansı səbəbdən atıldığı ilə bağlı isə hər hansı bir açıqlama verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью