İsrail ordusu Qəzza zolağında üç əsgərinin həlak olduğunu bildirib

03.06.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qəzza zolağında baş verən döyüşlərdə 3 İsrail əsgəri həlak olub.

Bizimyol.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamaya görə, ölənlərin hər üçü Givati ​​piyada briqadasının əsgərləridir.

Onların Fələstin anklavının şimal hissəsində gedən döyüşlərdə həlak olduqları dəqiqləşdirilir.

"Kan" dövlət televiziyasının məlumatına görə, bu, iyunun 2-də axşam saatlarında, onların avtomobili partlayıcı qurğu ilə partladılan zaman baş verib.

Ölən 3 əsgərdən başqa daha iki əsgər isə orta-ağır xəsarətlər alıb və xəstəxanaya təxliyə edilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью