İsrail ordusu Qəzzada atəşkəsi pozduğunu etiraf edib

28.01.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İsrail ordusu Qəzza zolağında fələstinliləri atəşə tutaraq HƏMAS-la əldə olunan atəşkəs razılaşmasını pozduğunu etiraf edib.

Bakıvaxtı.az İsrail mətbuatına istinadla xəbər verir ki, bu barədə Silahlı Qüvvələr tərəfindən rəsmi açıqama verilib.

“Qüvvələrimiz son 24 saat ərzində Qəzza zolağında əsgərlərimizə təhlükə yaradan şübhəlilərə qarşı intensiv əməliyyatlar həyata keçirib”,- bəyanatda qeyd edilib.

Açıqlamada Qəzza zolağının müxtəlif bölgələrində şübhəlilərin İsrail qüvvələrinə doğru hərəkət edərək təhlükə yaratdığı, onlara atəş açıldığı iddia edilib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью