İsrail ordusu Qəzzada çadırları vurur 5 nəfərlik daha bir ailə yox edilib

25.04.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail ordusu Qəzza zolağının cənubundakı əl-Məvasi bölgəsini bu gün səhər saatlarında bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ölən və yaralananlar var.

Fələstin Səhiyyə Nazirliyindən bildirilib ki, əl-Məvasi bölgəsində bir çadır da vurulub: "Nəticədə çadırda olan 5 nəfərlik ailə - ana, ata və 3 uşağı həyatını itirib".

Məlumatda deyilir ki, bununla yanaşı, Xan Yunis şəhərində bombalanıb. Lakin buradakı itkilər haqqında informasiya verilməyib.

Tahir Şəlvəli
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью