İsrail ordusu Qəzzada daha bir jurnalisti öldürüb

08.04.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində jurnalistlərin qaldığı çadıra hücumu nəticəsində ağır yaralanan jurnalist Əhməd Mənsur dünyasını dəyişib.

Missiya.Az xəbər verir ki, bu barədə Fələstinin “WAFA” agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin Qəzza Zolağının cənubundakı Xan Yunis şəhərində jurnalistlərin qaldığı çadıra hücum nəticəsində 1 jurnalist həlak olub, 9-u jurnalist olmaqla 10 nəfər yaralanıb.

Qeyd olunub ki, 2023-cü il oktyabrın 7-dən bu yana İsrailin Qəzzaya hücumlarında həyatını itirən jurnalistlərin sayı 211-ə yüksəlib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью