İsrail ordusu Qəzzada HAMAS ın anbarlarına zərbə endirdiyini açıqlayıb

13.06.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail ordusu Qəzza zolağının mərkəzinə dəqiq zərbə endirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələr zamanı HAMAS-ın silahlı qrupları tərəfindən silah saxlamaq üçün istifadə edilən üç obyekt vurulub.

Anbarlarda minaatan mərmiləri, tank əleyhinə raket qurğuları, partlayıcı qurğular, odlu silahlar və digər silahlar olduğu iddia olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью