İsrail ordusu Qəzzada HƏMAS ın 3 silah anbarını məhv etdi

10.09.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail Qəzza zolağında HƏMAS-a məxsus 3 silah anbarını məhv edib.
Bizim.Media İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, İsrail ordusu və Şin Bet (Şabak) təhlükəsizlik xidməti Qəzzanın müxtəlif ərazilərinə zərbələr endirib.
Məlumata görə, məhv edilən anbarlarda odlu silahlar, partlayıcı qurğular, tank əleyhinə raketlər və digər hərbi avadanlıqlar saxlanılıb.
İsrail ordusu HƏMAS-ın hərbi imkanlarını zəiflətmək və qruplaşmanın silah ehtiyatlarını bərpa etməsinin qarşısını almaq məqsədilə əməliyyatları davam etdirəcəyini bildirib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью