İsrail ordusu Qəzzada məktəbə hücum edib

26.05.2025

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Fələstinlilərə qarşı hücumlarını davam etdirən İsrail ordusu Qəzza zolağında yeni qırğınlar törədib.

Xalqcəbhəsi.az “sondakika.com”-a istinadən xəbər verir ki, Qəzza şəhərinin əd-Dərəc bölgəsində yerləşən və məcburi köçkün olan mülki vətəndaşlara ev sahibliyi edən Fəhmi əl-Cərcəvi məktəbi İsrail ordusunun hədəfi olub. Hücumda aralarında uşaqların da olduğu ən azı 19 nəfərin həyatını itirdiyi, dağıntılar altında qalanların axtarışlarının davam etdiyi bildirilib.

Qeyd edilib ki, Deyr-əl-Bələh şəhəri yaxınlığındakı Məğazi Qaçqınlar Düşərgəsində məcburi köçkün olan mülki şəxslərin sığındığı uşaq bağçasının bombalanması nəticəsində bir nəfər ölüb. Hücumlarda onlarla insanın yaralandığı və ölənlərin sayının arta biləcəyi deyilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью