İsrail ordusu Qəzzada quru hücumlarını genişləndirib, humanitar böhran dərinləşib

19.09.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail ordusu Qəzza şəhərinə quru hücumlarını genişləndirərək şimal, cənub və şərq istiqamətlərində yeni mövqelər tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat verib.

Yerli mənbələr İsrail qüvvələrinin yaşayış məhəllələrinə daxil olaraq bomba yüklü avtomobillər yerləşdirdiyini və intensiv artilleriya atəşi açdığını bildirir.

Son günlərdə Tel əl-Hava və Şücaiyyə kimi ərazilərdə çoxlu evlər dağıdılıb, yüzlərlə ailə isə bombardman səbəbindən cənuba doğru köçməyə məcbur olub.

Məlumata görə, sentyabrın 17-dən bu yana Qəzzanın müxtəlif bölgələrində ağır hərbi texnika müşahidə edilir.

Fələstinlilər köç zamanı böyük təhlükə və çətin şəraitlə üz-üzə qalaraq humanitar böhran içində yaşamağa məcbur edilir.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью