Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Qəzza şəhərinin 450 mindən çox sakini İsrailin genişmiqyaslı hücumu ərəfəsində şəhəri tərk edib.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə brifinqdə İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin məlumat verib.
O qeyd edib ki, təxliyə iki dəhliz üzrə aparılır, onlardan biri dəniz boyunca açılıb.
Nümayəndə əlavə edib ki, sakinlər Qəzza zolağının cənubuna təxliyə ediliblər.