İsrail ordusu Qəzzanın şimalını bombaladı

30.12.2024

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

İsrail ordusu Qəzza zolağının şimalındakı Cibaliya miqrant düşərgəsinə və onun çevrəsinə yaxın olan digər bölgələrə hava hücumları həyata keçirib.

Bakıvaxtı.az NNA-ya istinadla xəbər verir ki, İsrail binalara yerləşdirdiyi güclü patlayıcılarla çox sayda binanı dağıdıb.

Məlumata görə, İsrail qüvvələri həmçinin Qəzza şəhərinin şimal şərqindəki Əz-Zeytun və Əl-Basra məhəllələrini, o cümlədən, Əl-Cəla məhəlləsindəki İbnu Heysəm xəstəxanasını hədəf alıb.

Hücumlar nəticəsində bir nəfər yaralanıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью