İsrail ordusu Qəzzaya hücumun hazırlıqlarına başladı

29.08.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Müdafiə Qüvvələri (IDF - SAXAL) Qəzza şəhərinə hücumun hazırlıqlarına başlayıb, hazırda onun ətraflarında intensiv döyüşlər gedir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə SAXAL-ın nümayəndəsi Avixay Edri özünün "X" hesabında məlumat verib.

"Biz Qəzzada hücum üçün hazırlıqlara başlamışıq və artıq onun ilk mərhələlərinə keçid edirik. Hazırda şəhərin kənarında intensiv döyüşlər gedir", - deyə o yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью