İsrail ordusu seçki öncəsi hazırlıq səviyyəsini maksimuma çatdırıb

25.10.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

İsrail ordusu oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində hazırlıq səviyyəsini ən yüksək həddə çatdırıb və ölkənin müxtəlif bölgələrinə on minlərlə hərbçi yerləşdirib.

APA xəbər verir ki, məlumata görə, Qəzza zolağı, Livan sərhədi, İordan çayının qərb sahili və Qüds ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

İsrail ordusu İran və ya Livandan mümkün raket hücumlarına qarşı hava hücumundan müdafiə sistemlərinin hazırlığını da artırıb.

Ordunun açıqlamasına görə, oktyabrın 27-də seçki günü bütün quru keçid məntəqələri bağlanacaq. Həmçinin ölkənin şimal və mərkəzi hissələrində mümkün gözlənilməz hücumlara qarşı hərbi təlimlər keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью