İsrail ordusu Suriya ilə sərhəddəki vəziyyətə hazır olmadığını etiraf edib

17.07.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

İsrail Müdafiə Qüvvələri Suriya ilə sərhəddəki vəziyyətə hazır olmadığını etiraf edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ordunun sözçüsü, briqada generalı Effi Defrin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 1000-ə yaxın druz Suriyaya doğru sərhədi keçib, onlarla suriyalı druz isə İsrail ərazisinə daxil olub.

"Minlərlə İsrail vətəndaşının sərhədə yaxınlaşıb onu keçməyə cəhd etməsinə hazır deyildik. Bu, bizə dərs oldu", - o deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью