İsrail Ordusu Suriyada əməliyyat keçirdi

28.06.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Müdafiə Ordusu (SAXAL) Suriyanın cənubunda bir neçə silahlını zərərsizləşdirdiyini iddia edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Dünən (şənbə günü) İsrail Müdafiə Ordusunun hərbçiləri Suriyanın cənubundakı təhlükəsizlik zonasında bir neçə silahlı terrorçunu zərərsizləşdiriblər", - deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, İsrail Müdafiə Ordusu mülki şəxslərin və SAXAL hərbçilərinin təhlükəsizliyini təmin etmək, onlara yönələn istənilən təhdidi aradan qaldırmaq məqsədilə Suriyanın cənubundakı təhlükəsizlik zonasında fəaliyyətini davam etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью