İsrail ordusu Suriyada irəliləyir

18.12.2024

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail qüvvələri Suriya-İordaniya sərhədindəki Dera çölündə doqquz kilometr irəliləyərək bölgədəki Kuya kəndinə və tarixi Əl-Vəhda bənd sahəsinə daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu açıqlama verib. İsrailin Suriyada irəlilədiyi bildirilir. Suriya İnsan Haqları Müşahidə Qrupu İsrail qüvvələrinin İsrail-Suriya sərhədindəki bufer zonanın yaxınlığında yerləşən Sayda kəndi yaxınlığındakı hərbi bölgəyə daxil olduğunu bildirib.

Məlumata görə, İsrail tankları Dera və Quneytra əyalətləri arasındakı sərhəddə yerləşən Sayda Əl-Qolan kəndinə doğru irəliləyib. Bildirilir ki, İsrail qüvvələri Sayda Əl-Qolan kəndi yaxınlığında yerləşən Əl-Məkraz kəndi yaxınlığındakı rejimə məxsus keçmiş hərbi postda silah və sursat axtarıblar. Bildirilir ki, bu zaman sakinlərin əraziyə yaxınlaşmaması üçün İsrail hərbçiləri xəbərdarlıq atəşi açıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью