İsrail ordusu Suriyanın Livanla sərhədindəki hərbi obyektlərə zərbələr endirib

30.11.2024

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Hərbi Hava Qüvvələri Suriya ərazisinə zərbələr endirib, Livanın “Hizbullah” hərəkatı ilə əlaqəli hərbi obyektləri hədəfə alıb.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri Suriya və Livan arasındakı sərhəd-keçid məntəqələrinin yaxınlığında yerləşən və “Hizbullah” tərəfindən Suriyadan Livana silah qaçaqmalçılığı üçün fəal şəkildə istifadə edilən hərbi infrastruktura kəşfiyyat xarakterli zərbələr endirib”, - bəyanatda deyilir./Report

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью