İsrail ordusu Suriyanın Livanla sərhədindəki hərbi obyektlərə zərbələr endirib AzPolitika onlayn siyasiictimai qəzet

30.11.2024

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

İsrail Hərbi Hava Qüvvələri Suriya ərazisinə zərbələr endirib, Livanın “Hizbullah” hərəkatı ilə əlaqəli hərbi obyektləri hədəfə alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri Suriya və Livan arasındakı sərhəd-keçid məntəqələrinin yaxınlığında yerləşən və “Hizbullah” tərəfindən Suriyadan Livana silah qaçaqmalçılığı üçün fəal şəkildə istifadə edilən hərbi infrastruktura kəşfiyyat xarakterli zərbələr endirib”, - bəyanatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью