İsrail ordusu Suriyaya zərbə endirib, 9 nəfər həlak olub

28.11.2025

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

İsrail Müdafiə Qüvvələrinin Suriyanın Dəməşq əyalətindəki Beyt-Can yaşayış məntəqəsində endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə Syria TV məlumat yayıb.

Məlumata görə, hücum zamanı daha bir neçə nəfər dağıdılmış binaların dağıntıları altında qala bilər.

Bildirilib ki, bir çox yerli sakin bölgəni tərk edərək qonşu kəndlərə qaçmaq məcburiyyətində qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью