İsrail ordusu Tehranı bombaladı VİDEO

28.02.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsraildə həyəcan siqnalları işə salınıb. İran ərazisinə zərbələrin başlanması fonunda, və vətəndaşlara mobil telefonlarına ön xəbərdarlıq göndərildi. Xəbərdarlıqda arxa cəbhə komandası vətəndaşlara sığınacaqlara yaxın qalmağı tövsiyə edib.

Lent.az İsrail mediasına istinadla bildirir ki, bununla bağlı məlumatı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Mesaj xəbərdarlıq xarakteri daşıyıb və əhali üçün mümkün raket hücumlarına hazırlıq məqsədilə göndərilib. Eyni zamanda, İDF vurğulayıb ki, hazırda sığınmağa ehtiyac yoxdur.

Məlumatlara görə, Tehranda bir neçə partlayış səsi eşidilib.

Qeyd olunur ki, İsrail İran üzərinə preventiv hücum başladıb. İsrailin Müdafiə Naziri, ölkənin bütün ərazisində xüsusi və dərhal fövqəladə vəziyyət elan edib. Bildirilir ki, hücum İsrail dövlətinə yönəlmiş təhdidləri aradan qaldırmaq üçün nəzərdə tutulub. Bu səbəbdən yaxın zamanda İsrailə və onun mülki əhalisinə qarşı raket və pilotsuz hücumların gözlənildiyi bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью