İsrail ordusu Yəməndən İsrailə raket atdığını aşkar edib

27.04.2025

Dogru.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndən raket atışı qeydə alıb.

“İsrail Müdafiə Qüvvələri Yəməndən İsrailə doğru raket buraxılışını aşkar edib, hava hücumundan müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün fəaliyyət göstərir”, – deyə İDF öz Telegram kanalında bildirib .

Qeyd olunur ki, İsrailin bəzi bölgələrində hava hücumu sirenləri səslənib.

İsrail ordusu daha sonra raketin İsrail ərazisinə keçməzdən əvvəl tutulduğunu bildirib.

Bundan əvvəl Yəmən husiləri İsrailin Nevatim aviabazasına raket zərbəsi endirdiklərini açıqlamışdı.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью