Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail ordusu HƏMAS-la mübarizədə yeni mərhələyə başlayıb.
Ölkə.Az “Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü, briqada generalı Effie Defrin deyib.
“Bu plan girovların qaytarılması və HƏMAS-ın hərbi və idarəetmə imkanlarının məhv edilməsi ilə müharibənin məqsədlərinə xidmət edir”, - o qeyd edib.
Onun sözlərinə görə, martın 18-də Qəzzada döyüşlər bərpa olunduqdan sonra İsrail ordusu bu zolaqda 600-dən çox hədəfə zərbə endirib və HƏMAS-ın hərbi qanadı və siyasi bürosunun 12 yüksək rütbəli məmuru da daxil olmaqla 250-dən çox yaraqlını öldürüb.
Mürtəza
Ölkə.Az