İsrail ordusuna əmr: Əməliyyata hazır olun! | Icma.az
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Halevi hərbçilərə Qəzza zolağında və Livanda əməliyyatların davam etdirilməsi, eləcə də İordan çayının qərb sahilində genişmiqyaslı antiterror əməliyyatlarına hazırlaşmaq üçün planlar hazırlamağı tapşırıb.
Axar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, vəziyyətin qiymətləndirilməsi toplantısı zamanı Halevi bəyan edib ki, Qəzza zolağında gücləndirilmiş müdafiə hazırlıqları ilə yanaşı, ÇAXAL İordan çayının qərb sahilində də genişmiqyaslı antiterror əməliyyatlarına hazır olmalıdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu