Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail mətbuatının yazdığına görə, ölkə ordusunda artan istefa müraciətləri fonunda kütləvi istefa ehtimalı ciddi şəkildə müzakirə olunur. Bildirilir ki, komandanlıq zabit və gizirlərdən daxil olan çoxsaylı istefa ərizələrindən sonra vəziyyətlə bağlı xəbərdarlıq edib.
Ölkə.az xəbər verir ki, "Yedioth Ahronoth" qəzetinin məlumatına əsasən, Baş Qərargah rəisi Eyal Zamir ilə müdafiə naziri Yisrael Katz arasında yüksək vəzifəli təyinatlarla bağlı yaranan fikir ayrılığı orduda xaotik vəziyyətə səbəb olub.
Qeyd olunur ki, müdafiə naziri Katz, Zamirin onunla məsləhətləşmədən həyata keçirdiyi yüksək səviyyəli təyinatları müvəqqəti olaraq dayandırıb.
Xəbərdə deyilir ki, İsrail ordusu istefa ərizəsi təqdim etmiş subay və gizirlərin toplu şəkildə ordudan ayrılması problemi ilə üz-üzədir. Hazırda vəzifədən azad olunmaq üçün müraciət edən subay və gizirlərin sayı 500 nəfərə çatıb.
Eyni zamanda o da vurğulanır ki, ard-arda təqdim edilən istefa ərizələrindən sonra komandanlığın etdiyi xəbərdarlıqlar orduda real kadr böhranının mövcud olduğunu göstərir.
Bildirilir ki, insan resursları ilə bağlı böhran bütün yaş qrupları və rütbələri əhatə edir və qarşıdakı dövrdə müntəzəm orduda xidmət edən hərbçilərdən daha çox istefa müraciətinin daxil olacağı gözlənilir.
Həmidə İbrahimova