İsrail ordusunda xüsusi bölmə yaradılır

09.09.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Süni intellektlə işləyən pilotsuz sistemlər və avadanlıqlar İsrail ordusunun yeni bir qolunun əsasını təşkil edəcək.

Axar.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.

"Ötən həftə — tarixi bir hadisə... Mən İsrail Müdafiə Qüvvələrinin yeni bir qolunun — sürətlə inkişaf edən bu sahəyə cavabdeh olacaq Pilotsuz Sistemlər və Süni İntellekt Qüvvələrinin yaradılmasına yekun təsdiq verdim. Bu qərar tezliklə tətbiq olunacaq", - deyə o bildirib.

Zamirin sözlərinə görə, ordunun bu qolu dənizdə, quruda və havada yerləşdirilən robot sistemlərindən məsul olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью