İSRAİL ORDUSUNDAN BİR MİLYON QƏZZALIYA XƏBƏRDARLIQ: Təcili cənubu köçün!

09.09.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail ordusu tamamilə ilhaq etməyə hazırlaşdığı Qəzzanın şimal və mərkəzi bölgələrində yaşayan 1 milyondan artıq fələstinliyə köçlə bağlı xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ordusunun sözçüsü Aviçay Adraee məlumat paylaşıb.

O, məlumata xəritə də əlavə edərək, işarələnmiş yerlərdə quru əməliyyatının daha da genişlənəcəyini açıqlayıb.

Bu səbəbdən İsrail ordusu bölgədə yaşayan bir milyondan artıq dinc fələstinlərin hamısından təcili köçməyi tələb edib: "İşarələnmiş bölgələrdən dərhal cənuba doğru köçməyiniz tələb olunur."

Tahir Şəlvəli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью