İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib Xəbər saytı Son xəbərlər və Hadisələr

21.01.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi istefa ərizəsi verdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə TASS onun bəyanatına istinadən məlumat yayıb.

"Bu gün İsrailin müdafiə naziri İsrael Katsa bildirdim ki, İsrail Müdafiə Qüvvələrinin oktyabrın 7-də üzləşdiyi uğursuzluğa görə məsuliyyəti qəbul etdiyim üçün və İsrail Müdafiə Qüvvələrinin əhəmiyyətli nailiyyətlər əldə etdiyi və Qəzza zolağında olan girovlarımızın azad edilməsi haqqında sazişin həyata keçirilməsi prosesində olduğu bir vaxtda 6 mart 2025-ci il tarixində vəzifəmdən getməyimə icazə verməyinizi xahiş edirəm", - Halevinin bəyanatında deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью