İsrail ordusunun baş qərargah rəisi Suriyanı dördüncü cəbhə adlandırıb

09.12.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail Suriyanın sərhəd bölgələrinə quru qoşunları göndərməklə dördüncü cəbhə açıb.

APA xəbər verir ki, bunu hərbçilərlə görüşdə İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.

“Dünən gecədən biz dörd cəbhədə döyüşürük. Quru qoşunları dörd cəbhədə döyüşlərdə iştirak edir: Yəhudeya və Samariyada, Qəzzada, Livanda və dünən gecə də biz Suriya ərazisinə qoşun yerləşdirdik”, - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью