İsrail ordusunun baş qərargah rəisi Suriyanı dördüncü cəbhə adlandırıb | Icma.az
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
İsrail Suriyanın sərhəd bölgələrinə quru qoşunları göndərməklə dördüncü cəbhə açıb.
Bunu hərbçilərlə görüşdə İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib. “Dünən gecədən biz dörd cəbhədə döyüşürük.
Quru qoşunları dörd cəbhədə döyüşlərdə iştirak edir: Yəhudeya və Samariyada, Qəzzada, Livanda və dünən gecə də biz Suriya ərazisinə qoşun yerləşdirdik”, - deyə o bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu