İsrail ordusunun itkiləri artdı

03.06.2025

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Qəzza zolağında hərbi əməliyyatlar zamanı 3 İsrail hərbçisi həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərbçilərin hər üçü “Qivati” ​​piyada briqadasının uzvləri olub.
Onların Fələstin anklavının şimal hissəsində gedən döyüşlərdə həlak olduqları bildirilir.
“Kan” dövlət televiziya və radio şirkətinin məlumatına görə, bu, iyunun 2-də axşam saatlarında baş verib. Belə ki, hərbçilərin avtomobili partlayıcı qurğu vasitəsi ilə partladılıb.
Ölən 3 hərbçidən başqa daha iki hərbçi orta-ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью