“İsrail öz dövlətçilik tarixində ilk dəfə olaraq dağıntılara məruz qalır”

24.03.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“ABŞ və İsrailin hərbi müdaxiləsi nəticəsində İranda ciddi dağntılar baş verir. Lakin dağılan yalnız İran deyil. Dağılan həm də İsraildir”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Politoloq qeyd edib ki, İsrail bugünə qədər xeyli sayda müharibədə iştirak etsə də, heç vaxt bu cür dağıntıya məruz qalmayıb:

“İsrail ərəb ölkələrinə qarşı çoxlu müharibələr aparıb. Lakin onun öz ərazisinə bomba düşməyib. Amma indi ilk dəfə olaraq İsrail ciddi dağıntılara mətuz qalır. İran raketləri bu ölkəyə xeyli zərər vurur. Bu fakt onu deməyə əsas verir ki, İran ona edilən hücumlara laytiqli cavab verir və müqavimətini davam etdirir”.

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью