İsrail parlamenti qalmaqallı qanunu QƏBUL ETDİ KONKRET

28.03.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

İsrail parlamenti hakimlərin təyinatı üzərində hökumətin nəzarətini artıran mübahisəli qanunu qəbul edib. Müzakirələr başlayıb və baş nazir Benyamin Netanyahuya reaksiya verən bəzi deputatlar parlamenti tərk ediblər.

KONKRET.az xəbər verir ki, İsraildə məhkəmə sisteminin müstəqilliyini təhlükə altına alan qanun 18 saatlıq iclasda qəbul edilib.

Qəbul edilmiş qanuna əsasən, hakimləri təyin edən doqquz nəfərdən ibarət komitəyə biri iqtidardan, biri müxalifətdən olmaqla iki hüquqşünasın seçiləcəyi gözlənilir.

Təyin olunan bu üzvlərin həm də hakimlərin təyinatı üzərində veto hüququ olacaq.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью