İsrail Parlamentinin spikeri erkən seçkilərlə bağlı açıqlama yaydı

27.11.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Knessetinin sədri Matan Kahana müvəqqəti Baş nazir Benyamin Netanyahunun ölkəni erkən seçkilərə aparmasına imkan verməyəcəklərini bildirib.

Turkustan.az xəbər verir ki, Kahana Likud partiyasının koalisiya danışıqlarını qəsdən uzatdığını qeyd edib.

O, milli birlik hökumətinin qurulmasını dəstəklədiyini, lakin bunun üçün “nəyin bahasına olursa olsun” mübarizə aparmaq niyyətində olmadığını vurğulayıb.

Noyabrın 10-da müxalifət blokunun və İsrail vətəndaşlarını təmsil edən Fələstin partiyalarının səsləri ilə Knessetin sədri seçilən Kahana ABŞ-da yerləşən “X” sosial şəbəkəsindəki hesabında koalisiya danışıqlarına münasibət bildirib.

Səsvermənin nəticələri açıqlanandan bəri bütün səylərini Eisenkotun rəhbərliyi altında geniş tərkibli milli birlik hökumətinin qurulmasına yönəltdiyini bildirən Kahana, bununla belə, birlik naminə hər cür güzəştə getməyəcəyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью