İsrail “Patriot”larını Ukraynaya verdi

09.06.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail Ukraynaya “Patriot” sistemlərini verib.

Axar.az xəbər verir ki, bunu İsrailin Ukraynadakı səfiri Mixail Brodski deyib.

“Bir vaxtlar ABŞ-dan aldığımız “Patriot” sistemləri indi Ukraynadadır. Bunlar 90-cı illərin əvvəllərində xidmətdə olan İsrail sistemləridir. Onları Ukraynaya verməyə razılaşdıq. Və bu barədə təəssüf ki, çox danışılmadı. Amma deyəndə ki, İsrail hərbi cəhətdən kömək etməyib, bu, doğru deyil”, - Brodski bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью