İsrail paytaxtına hipersəsli raketlərlə zərbə endirilib

19.12.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər hipersəs ballistik raketləri ilə Təl-Əvivdə iki hərbi hədəfə zərbə endiriblər.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə təşkilatın hərbi nümayəndəsi Yəhya Saria məlumat verib.

Onun sözlərinə görə, zərbə "Fələstin-2" tipli raketlərlə endirilib.

"Yəmən silahlı qüvvələrinin raket qoşunları hərbi əməliyyat keçirərək Yaffo rayonunda (Təl-Əviv) iki mühüm hərbi hədəfə iki "Fələstin-2" hipersəs ballistik raketi ilə zərbə endirib... Əməliyyat uğurla başa çatıb", - husilərin “Telegram” kanalında bildirilib.

Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumata görə, dekabrın 19-na keçən gecə Yəməndən Təl-Əviv istiqamətində atılan raket hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Zərərçəkənlərlə bağlı məlumat daxil olmayıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью