İsrail polisi Fransa konsulluğunun 2 işçisini saxlayıb

08.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İşğal altındakı Şərqi Qüdsdə Şərqi Qüdsdə Fransa ərazisi olan Pater Noster kilsəsində (Eleona) İsrail polisi tərəfindən saxlanılan və sonra sərbəst buraxılan iki nəfərin Fransa Konsulluğunun əməkdaşları olduğu bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jean-Noel Barrot, “X” hesabında məlumat verib.

Nazir yazıb ki, İsrail təhlükəsizlik qüvvələri Fransanın mülkü olan Eleonaya silahlarla girdiyi üçün kilsəyə getməkdən imtina edib.

O bildirib ki, Fransa Konsulluğunun 2 əməkdaşı daha sonra saxlanılıb və sonra sərbəst buraxılıb.

İsrail mətbuatında çıxan xəbərlərə görə, Barrotun noyabrın 7-də Şərqi Qüdsdəki Pater Noster kilsəsini ziyarət etməzdən əvvəl İsrail polisi ilə fransız jandarmları arasında gərginlik yaşanıb.

Fransız jandarmları İsrail polisinin Fransa ərazisi statusuna malik Pater Noster kilsəsinə daxil olmasını istəməyib.

İsrail polisi iki fransız jandarmasını saxlayıb və polis maşını ilə ərazidən uzaqlaşdırıb.

Fransa Xarici İşlər Nazirliyi 2 fransızın azad edildiyini açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью