İsrail Prezidenti Astanada səfərdədir

27.04.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Astana, 27 aprel, AZƏRTAC

İsrail Prezidenti İsxak Hersoq Astanada rəsmi səfərdədir.

AZƏRTAC Akordaya istinadla xəbər verir ki, İsrail Prezidentinin rəsmi qarşılanma mərasimi Qazaxıstan Prezidentinin iqamətgahında keçirilib.

Tədbir zamanı dövlət başçıları rəsmi nümayəndə heyətlərinin üzvlərini bir-birinə təqdim ediblər. Fəxri qarovul rəisi qarşılama raportu verib, Qazaxıstan və İsrailin Dövlət himnləri səsləndirilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью