İsrail Prezidenti Azərbaycana səfərini təxirə salıb

16.11.2024

Azpost saytına istinadən Icma.az xəbər verir.

İsrail Prezidenti İsaak Hersoq təhlükəsizlik baxımından Azərbaycana səfərini təxirə salıb.

Bununla bağlı İsrail Prezident Aparatı məlumat yayıb.

İsaak Hersoqun Azərbaycanın paytaxtı Bakıda keçirilən COP29 İqlim Konfransına planlaşdırılan səfərini ləğv etdiyini açıqlayıb.

Sözügedən səfərin ləğv edilməsinin səbəbi “təhlükəsizliklə bağlı  narahatlıqlarla” əlaqələndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью