İsrail prezidenti fələstinlilərə işgəncə verilməsini inkar etdi

10.02.2025

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail prezidenti İsaak Hersoq, sübutlara baxmayaraq, fələstinlilərə ölkəsinin həbsxanalarında işgəncə və pis rəftar edilmədiyini iddia edib.

Turkustan.az xəbər verir ki, o, BBC televiziyasına verdiyi müsahibədə bunları söyləyib.
Hersoq İsrailin “demokratik ölkə” olduğunu və “ölkə həbsxanalarında olan bütün şəxslərin bütün lazımi xidmətlərin göstərildiyini” deyib.
İsrail həbsxanalarında və nəzarət mərkəzlərində işgəncə və pis rəftarın olmadığını müdafiə edən Hersoq hətta, "Bəzi fələstinlilər həbsxanaları tərk edib Qəzzaya qayıtmaq istəmirlər, burada qalmaq istəyirlər" -deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью