İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

14.10.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 oktyabr, AZƏRTAC

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrail Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Müxbir - Ceyhun Xəlilov

Fotoqraf - Səfiyar Məcnun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью