İsrail prezidenti Maskdan Qəzza ilə bağlı danışıqlara təsir göstərməsini istəyib

06.12.2024

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

İsrail Prezidenti İshak Hersoq amerikalı iş adamı İlon Maskdan Qəzza zolağında girovların azad edilməsi ilə bağlı dayanmış danışıqların ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyasının gündəliyinə daxil edilməsinə təsir göstərməsini istəyib.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Hersoq və Mask arasında söhbət bu həftə baş tutub.

Xatırladaq ki, ötən ilin oktyabrında "HƏMAS"ın İsrail ərazisinə hücumundan sonra onlarla israilli girovluqda saxlanılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью