İsrail prezidenti Trampın Netanyahuya əfv çağırışını rədd etdi

07.12.2025

Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail prezidenti İsaak Hersoq ABŞ prezidenti Donald Trampın baş nazir Benyamin Netanyahunu əfv etmək xahişini qəbul etməyib.

Doğru.az xəbər verir ki, dövlət başçısı bununla bağlı Politico-ya açıqlama verib: “Mən prezident Trampın dostluğuna və fikrinə hörmət edirəm, lakin İsrail suveren ölkədir”, – deyə Hersoq bildirib.

Qeyd edək ki, Netanyahu davam edən məhkəmə prosesləri fonunda prezidentə rəsmi şəkildə “əfv” müraciəti təqdim edib.

Xatırladaq ki, iyunun sonunda Donald Tramp İsrailin baş nazirinin məhkəmə prosesini dayandırmağa çağırmışdı.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью